Bu gün:


İcra başçısına yardım etmək lazımdır

Tarix: 26.01.2022 / 18:57  •   Oxundu: 142 dəfə  •  

1992 – ci ildən məcburi köçkün, hazırda Ağcabədi rayon Taxtakörpü Laçın obasında yaşayan Kərimov Murad Əhliyyət oğlu İDEAL - a müraciət etmişdir.

Müraciətdə deyilir:

 “ 1992 – ci ildə məcburi köçkün düşmüşəm. 2000 – ci ildə atamdan ayrılıb ailə həyatı qurmuşam. 2020 – ci ildə   iki otaqlı evim yanaraq külə dönüb. FHN baxış keçirtmiş və haqsızlıq olunmuş, 20 ilin evinə 4300 dəyərində akt bağlanmışdır. Lakin buna baxan yoxdur. Xahiş edirəm kömək edin. Laçın Rayon İcra başçısı Aqil Nəzərli və  digər məmurlar deyirlər ki, bizim vəziyyətimiz sizdən də ağırdır.Get kimə hara istəyirsən Şikayət et.Onsuzda ölkədə it yiyəsin tanımır...və.s.

...Hörmətli İDEAL Sizdən kömək istəyirik.Hüquqlarımızı bərqərar edin.

P.S.Laşın Rayon İHB-sı Aqil Nəzərlinin diqqətinə.Nə üçün,kim üçün məsuliyyət daşıdığınızın mahiyyətini bilmirsizsə,qul bazarından bir nəfər ali təhsilli şəxs tapıb kabinetinizə dəvət edin və o,sizə anlatsın ki,vəzifəniz təkcə dövlət büdcəsini talamaq deyil,eyni zamanda xalqı dinləmək və qarşılaşdıqları problemləri aradan qaldırmaqdır!

Mövzu diqqətimizdədir.

 

Polad Musayev

 

 

Cənab prezident İlham Əliyev tərəfindən məcburi köçkün  ailələrinə ayrılan yardımları Aqil Nəzərli və məmurları yeyir. Biz hansı ölkədən kömək istəyək. Haqsız ölkədə haqq axtarırıq.