Bu gün:


İRADƏ GÜLMƏMMƏDOVANIN ƏMLAKLARI MÜSADİRƏ, ÖZÜ İSƏ HƏBS EDİLƏCƏK

Tarix: 28.01.2022 / 16:40  •   Oxundu: 275 dəfə  •  

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qanunsuz əməlləri üzrə araşdırmaya start verilib. 

İDEAL-a daxil olan məlumata əsasən, Abşeron Rayon ərazisində İradə Gülmmədovaya məxsus hektarlarla torpaq sahəsi və eyni zamanda onlarla villaları mövcuddur.Konkret olaraq Novxanı,Görədil,kəndlərin də  həmin səltənətlərin mövcudluğu bəllidir. Təkcə Görədil kəndi, Əliağa vahid kücəsində İradə Gülməmmədovanın ozunə, qardaşına ,kürəkəninə məxsus 4 hektar torpaq sahəsi içərisində onlarla möhtəşəm villalar mövcuddur. Həmin küçədə yaşayan  şəhid ailəsinin evində qaz,su,isıq, yol xetti  cəkilməməsinə baxmayraq  sabiq başçının özəl stansiyaları bərq vurur.Eyni zamanda sabiq başcı özü barəsində ucuz imic-reputasiya formalaşdırmaq məqsədilə Ramiz Mehdiyev komadasinda təmsil olunan və bu gun ona asi çıxmiş 525 sifətli " jurnalistləri "saxladığı da məlumdur.Hazirda İradə Gülməmmdovanın yerinə təyinat almış Abdin Fərzəliyev Gülməmmədovanın kadrlarının konfidensial qebul edib,dolgun informasiya vərəcək Bələdiyyə və İcra nümayəndələrini öz postlarında saxlayacaqlarına vəd etməkdədir.Oda bəllidir ki, Abşeron rayon ərazisində ən cox obyekt və bazarları olan məhz keçmiş MTN şefi  Eldar Mahmudovun  və onun müavinləri ,idarə rəisləridir.

Mənbəmiz iddia edir ki, İradə Gülməmmədovanın əmlakları müsadirə, özü isə həbs ediləcək.

Mövzu diqqətimizdədir

 Polad Musayev