Bu gün:


ONUN GÜNAHI GÜNAHSIZLIĞIDIR....

Tarix: 01.02.2022 / 18:23  •   Oxundu: 186 dəfə  •  

ONUN  GÜNAHI LƏYAQƏTLİ  VƏTƏNDAŞ, GÖYÇAYLI  OLMASINDADIR!?

 Bəlkəm də onu tanımasaydım bu fikirləri ifadə etməkdə çətinlik çəkərdim. Mollayev Vaqif Paşa oğlu 1960 – cı ilin 23 mayında Göyçay şəhərində anadan olmuşdur. Uşaqdan böyüyə hər kəs onu yaxşı insan olaraq tanıyır. Onun barəsində həm özünü tanıyan oğlanlar həm də nə özünü nə də dövləti tanımayan rüşvətxor məmurlarda xoş söz deyib tərifləyir.  Doğmaları, yaxınları el-oba üçün ümid ünvanı kimi tanınan Vaqif Mollayev 19 noyabr 2019-cu il tarixdə,3 saylı Asan Xidmətin qarşısında taleyinə qarşı çilingağac oynanıldı. Baş vermiş rüsvayçılıqda bilavasitə iştirak etmiş  Vaqif Mollayevin bacısı Tamara Mollayeva İDEAL Redaksiyasında olmuş və hadisənin antologiyasını sizinlə paylaşırıq. 

19 Noyabr 2019 – cu ildə Vaqif Mollayevin hərbi xidmətdən qayıtmış oğlu  Mollayev Seymuru Göyçaydan Bakıya  həkimə gətirirdik. Qardaşım Mollayev Vaqifə yolda olarkən  tanımadığı nömrədən zəng gəldi. Zəng edən şəxs harda olduğunu və nə vaxt çatacağını soruşdu. Mümkünsə ailəmi də götürərsiniz. Yol boyu dəfələrlə zəng vuraraq nə vaxt çatacağımızı maraqlanırdı. 3-cü mikrarayon dairəsinə, Bakıya  çatan kimi bu nömrə ilə əlaqə saxlayarsanız. Yenidən təkrar zəng vuraraq “köhnə” Karvansaraya gəlməyimizi  təklif etdilər. 

Növbəti zəngdə artıq Vaqif Mollayev 20 Yanvarda olduğunu tıxacda qaldığını dedi. Zəng vuran şəxs isə cavabında:

Tez gəlmək üçün Alatava tərəfdən, Yasamalda yerləşən 3 saylı Asan xidmətin qarşısında sizi gözləyirəm.. Biz Asan xidmətin qarşısında dayanan kimi zəng vurdu və orda olduğunu bildirdi.

 Qardaşım  Mollayev Vaqifi iki nəfər mülki geyimli şəxs tutdular. Daha sonra maşının arxa qapısını açaraq Mollayev Seymur Vaqif oğlunu sürüyərək yerə atdılar. Sonra iki nəfər mülki geyimli şəxslərdən biri öndə, digəri isə arxada əyləşdi. Öndə əyləşən şəxs isə qolumdan, arxada əyləşən şəxslər isə  güclə boynumdan tutdular. Daha sonra isə telefonları verməyimizi tələb etdilər. 

Boğazımı güclə sıxan polis əməkdaşı mənə: “bu mallı və hallıdır” narkotikin başında oturan budur. Ardınca ifadə etdi ki, narkobaron bu özüdür. Sizi indi gömrüyün baş istintaq idarəsinə aparacayıq və orda sizi başa salarlar.

Daha sonra deyilən yerə gətirdilər. Gələndən sonra qardaşım oğlu Mollayev Seymur Vaqif oğlunu döydüklərini gördük. Seymurdan tələb edirdilər ki, görmədiyimiz çantanın bizə gəldiyini bildirsin. Sonra yenidən məni təhqir etməyə başladılar. İrandan keçmisən?...

Sizi 1 kilo “malla” Kürdəxanıya göndəririk. Etiraf edin ki, bu mal bizimdir. 

Halbuki bizim o çantadan xəbərimiz yoxdur. 

1 sutka mən orda saxlanıldım. Həmin gecə mənə qarşı təhqiramiz və kobud hərəkətlər olunmağa başladı. Coca-Cola  butulkasını üzümə çırparaq çantanın bizə aid olduğunu deməyimi məcbur edirdilər. Biz isə onlara çantadan xəbərimiz olmadığını , qardaşım oğlu Mollayev Seymur Vaqif oğlunu həkimə gətirdiyimizi bildirdik. WhatsApp danışıqlarımızın olduğunu dedilər. Halbuki mənim və qardaşımın WhatsAppı yox idi. Telefonlarımızı yoxlanışa göndərdilər. 

Həmin gecəni qaldıq. Səhəri gün isə Narkotiklərlə Mübarizə  Baş idarəsindən gələn əməkdaşlar sorğu-sual etməyə başladılar. Həmin əməkdaşlardan biri mənim İrandan gəldiyimi , çantanın mənə aid olduğunu deməyimi tələb etdi . Əks halda 12 il həbs cəzası veriləcək deyib  hədələməyə başladı. 

Mən onlara da izah etdim ki, mənim çantadan xəbərim yoxdur, qardaşım oğlunu həkimə gətirmişik. Hərbidə olduğu zaman psixoloji sarsıntı keçirdiyi üçün Hərbi Hospitala gətirmişik. Bizim çantadan xəbərimiz yoxdur, etmədiyimiz işə görə 1 sutkadı bizi   burda saxlayıblar. Baş İdarədən gələn əməkdaş mənim düz danışdığımı gördü. Telefonlarda yoxlanışdan gəldi və onların dediyi öz əksin tapmadı. Daha sonra mənə onlarla əməkdaşlıq etməyi təklif etdilər. Görürəm ki, yaxşı xanımsız. Siz   İrandan keçib narkotik gətirən, narkotik alqı-satqısı ilə məşğul olan şəxslər tanıyırsınızsa  bizə bildirin, anonimlik qorunacaq...

Biz sizə mobil nömrə verək. Bunun müqabilində şəxsiyyət vəsiqəsinin surətini götürüb sizə ödəniş edərik. Mən isə onlara bu cür insanları tanımadığımı bildirdim. Göyçayda polis var və öz işlərini yaxşı görürlər. Mənə aid olan sahə deyil. Həmin gecə saat 11- də izahatımı alıb, telefonlarıda özümə qaytardılar və məni buraxdılar. 

Qardaşım Mollayev Vaqif və oğlu Seymuru saxladılar. Üç gündən sonra Seymura cinayət işi açdılar və özləri ləğv etdilər.Qardaşım  oğlu Seymuru buraxmaq şərt ilə sənədlərə qol çəkməyi tələb etdilər. Qardaşım latın dilini bilmədiyi üçün sənədlərə qol çəkdi. Hansı ki, indi həmin ağır maddələrlə və etmədiyi cinayətlə ittiham olunur. Gömrük 2 ay sonra Yasamal polisinə göndərdi. Polisdə Elnur Vəliyev məni çağırtdırıb Vaqifin vəkili İmran Kərimovun vasitəsilə mobil telfonuma zəng vuraraq, Mollayev Seymurun haqqında cinayət işi olduğunu bildirdi. . Seymuru götürüb Yasamal polisinə gəldim . Elnur Vəliyev dediki siz bilirsiz mən Elnuru tutub içəri qoyaram lakin hörmət edib tutmuram Seymuru  sorgu sual edəndən sonra mən Elnur Vəliyevə sual verdim ki Seymur nə edib? Seymur xəstə uşaqdır. 

Elnur da mənə cavabında guya atası nə edib ki?

Bu işə görə 30 min pul lazımdır. 5 min Seymur, 25 min atası. Mən isə Elnur Vəliyeva bildirdim ki, bizdə o qədər pul yoxdur. O cavabında  isə fikirləşin hələ istintaq indi başlayıb dedi.  Pul olmasa bu işin həlli mümkün deyil. 

İstintaq zamanı biz Asan Xidmətin, Daxili İşlər Nazirliyinin təhlükəsizlik kameraları olduğunu dedik. Ən gözəl şahid odur. Lakin bu dediklərimə əhəmiyyət verilmədi. 9 ay istintaq getdi. Vəkildə yarıtmaz iş gördü. Kameraların açılmasını tələb etmədi . 

30 min verməsəniz gedib türmələrdə çürüyəcək  dedi vəkil.

 Sonra Elnur Vəliyevlə vəkil İmran Kərimov Kurdəxanıya gedərək Vaqifə deyiblər ki, səni ev dustaqlığına buraxdırırq  bu sənədlərə qol çək!? 

Qardaşım Mollayev Vaqif sənədlərə yenidən qol çəkir. Sonra da bu ağır maddələrlə  ittihamı təsdiqləyib məhkəməyə göndəriblər.Məhkəmə zamanı aldadıldığını bilib

 Məhkəmədə yenidən istintaqın vaxtı 15 gün artırılır . Vəkilə də irad tutulub və deyiblər ki, siz kimsiz prokurorsuz onu ev dustaqlığına buraxırsız?

 Məhkəmə zamanı biz Bəylər Məmişovla müqavilə bağladıq. Ağır Cinayətlərdə tanışlıq məhkəməsində Mollayev Vaqifin vəkili Bəylər Məmişov məhkəmə zalında tələb etdi ki, araşdırma qeyri-obyektiv aparıldığı üçün istintaqa qaytarılsın. Məhkəmə:”İş istintaqa qayıda bilməz bu gömrüyün işidir, yer-yerindən oynayar. Bizim özümüzün ibtidai istintaqımız var araşdıracayıq”. 

Təyinatlı üzəduranlar (“şahid”) Biri Mollayev Vaqifin çantanı götürüb qaçdığını, digəri isə çantanı götürüb baqaja qoyduğunu deyirdi. Ziddiyətli fikirlər söyləyirdilər. Şahidlərin ziddiyətli fikirlər söylədiyini görən Bəylər Məmişov  bildirdi ki, məhkəmənin obyektiv keçrilməsi üçün həmin yerə getmişəm və ordakı kameraların açılmasını tələb etdi.

 Çünki şahidlər fərqli fikirlər bildirirlər. Kameraların yaddaşı açılsa məhkəmə obyektiv gedər. Narazılıqdan sonra hakim Əhməd Quliyev vəsatəti qəbul etdi. Növbəti məhkəmə zamanı son ümidimiz olan kameraların yaddaşı idi.  Mollayev Vaqifin günahsız olduğu sübut olacaqdır. Lakin Əhməd Quliyev məktubu göstərərək kameraların yaddaşının silindiyini bildirdi. Vaqif dediki, 5 il əvvəl olan hadisələri kameraları açıb sübuta yetirirsiniz. Nə oldu indi kameralar silindi.  Bu zaman Əhməd Quliyev cavabında mən demirəm ki, məktubda olanları deyirəm. Sonra hal şahidi gəldi. O da digər şahidlər kimi ziddiyyətli fikirlər bildirdi. Sonra kişini tanımadığını, tanımadığım iki nəfər mənə yaxnlaşıb qol çəkdirib dedi.

P.S. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə bununla bağlı verdiyimiz sorğu aylardı ki, hüquqi dövlətin yolunu gözləməkdədir.

P.P.S. Yazıda adları çəkilən şəxslərin söz haqqını tanıyırıq.

 

Rüfət Kamil