Hakimiyyət kuliarlarına soxuşdurulmuş zombilər dövlət idarəçiliyinin elementlərini qanmadıqları kimi icra strukturları tabeçiliyində yaradılmış QHT təşkilatlarıninda əsas missiyasının mahiyyətinin nədən ibarət olduqlarını bilmirlər. Son günlər “ictimai nəzarət” adı altında deşifrə olunan Rasim Məmmədov, Ramil Şükürov dələduzluğunun bitməməsi həm də ona görədər ki, “İctimai Şüra”, “İctimai Komitə” adı altında dövlət adına xələl gətirən ünsürlər hələdə meydanı sulamaqdadır.
Məsələn, Ədliyyə Nazirliyi tabeçiliyində yaradılmış “ictimai komitə” üzvləri məhkumlar və ailə üzvləri arasında elə bir imic formalaşdırmışdır ki, guya onlar həmin şəxsləri əfv yolu ilə həbsdən azad edə bilərlər.
İctimai Şüranın missiyası tamamilə fərqlidir. Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yetirməsi İradə Gülməmmədova yanında yaratdığı “İctimai Şüra” bu gündə öz ampulasındadır.
Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, İctimai Şüranın sədri Elçin Quliyev ölkənin hüquq mühafizə orqanları tərəfindən himayə olunan super dələduzlarla əlbir olaraq, hakim ailənin adından istifadə etməklə bir sıra qanunsuzluqlara müəlliflik etmişdilər. Elçin Quliyev öz şöhrətini LİDER TV-də yayımlanan “çıxış yolu” şou proqramının aparıcısı Nuranə Axundovanın yanında qazandıqdan sonra eyni zamanda Feyruz Babayev, Zərifə Hüseynova , Rəfail Məmmədov və bir sıra şəxslərlə əlbir olaraq vəzifə, torpaq, sərəncam islahatlarının həyata keçrilməsinə müəlliflik etmişlər. Bu barədə araşdırmamız sona çatdıqdan sonra əldə etdiyimiz kriminnalları detalları ilə diqqətinə çadırcayıq .
Hələlik isə Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyevin İradə Gülməmmədovanın kadralarına sığınması, onların əlindən aldığı suvenirləri görürkən sual yaranır.
Abdin Fərzəliyevə doğurdandamı “İctimai Şüra” lazımdır?
Əgər Abdin Fərzəliyevin İradə Gülməmmədovanın kadrlarına ehtiyacı varsa o zaman təklif edirik ki, öz qudasınıda bu işə cəlb etsin ki, qudası Rauf Babayev Abdin Fərzəliyevə qarşı açılacaq “ictimai razborka”ları da çürüdə bilsin. Çün ki, Rauf Babayev məhşur Hacı Məmmədovla qohum olmaqla yanaşı eyni zamanda oliqarx məmurların sifarişlərini icra etmiş “Killer” kimi ad çıxarmış və bütün günahlarına görə həbsxana həyatı yaşamışdır. Və hətta lazım olarsa Rayon ərazisində narkotik vasitələrin kultuvasiyası biznes şəbəskəsində də Raufun əməyindən istifadə edə bilər.. Bəlkəmdə edir...?!
Polad Musayev