Nazim Quliyev: Göstərilənlərin Bizim Xalqın genetik kodu ilə heç bir əlaqəsi yoxdur.
Tarix: 22.02.2022 / 20:23 •
Oxundu: 60 dəfə •
Bütün yalanlar məğlub olmaq üçün doğulur
4 il barəmdə hər gün imic-reputasiya formalaşdırmaqdan ötrü proqnatizm nahiyyəsini Ramiz Mehdiyevin,Əli Həsənovun,Zakir Qaralovun.., iyrənc kayotasına sürtənləri hazırda Vətəndaş cəmiyyətinin söyüş tuluğu olaraq hər gün söyülməkdədirlər.Ayaz Mütəllibovdan başlayaraq bütün hakimiyyət dönəmlərində bir dəfə istifadə edilib atılmış və Xalqa xəyanət etmiş ənəvi satqın dezertirlər fraksiyası bu gündə Ədalət Vəliyevin truppasının üzvüləri olaraq cəsus-yalaq-ulaq "töhvələri"ni verməkdədirlər.
Diqqət...Diqqət...
YAP Mərkəzi Qərargahında müşavirə keçirilmişdir.
Tədbirdə Ramiz Mehdiyevin etiraf etdiyi Prezident Administrasiyasının avtobus və cib müxalifəti şöbəsinin müdri ("Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri") Ədalət Vəliyev Prezident İlham Əliyevin sözləri ilə başlamışdır: “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. bu kimi strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”.
Ptezident İlham Əliyevin sözlərini şərh edən Ədalət Vəliyev mövcud reallıqlarla heç bir əlaqəsi olmayan kütlə şüuruna "sırınacaq" absurd bleflərdən bəhs etmişdir.
Ədalət Vəliyev sayağı ədalətsiz məmurların əməli və əməyi nəticəsində ölkəmizdə çoxpartiyalı deyil, partiyasından,əqidəsindən,mənliyindən imtina etmiş 41 nəfərlik "sidenia müxalifəti institutu" yaradılmış və artistlərin səfərlərinə uyğun olaraq məsləhət olan zamanlarda turlar təşkil edilir ki, cəmiyyət söyüş ünvanlarının hədəflərini müəyyən edərkən məchul qalmasın.
Siyasi sabitlik deyibən hansı dövlətdən, hansı dövlətin Vətəndaşlarından, bəlkəm də öz həyat düzənindən bəhs edən Ədalət Vəliyev Vətəndaş Cəmiyyəti içərisində olmaqdan qorxursa, heç olmasa İnternet üzərində hər gün məhz hökumətin geniş hakimiyyət resurslu köstəbəklərinin adından tirajlanan "təyinatlı deputat", "cib-dəsmal-avtobus müxalifəti", "oğurçu-satqın-alçaq-namussuz-... media";
acılarına, ağrılarına görə Sahil Babayevin mənzil qərargahında, evində,küçədə özlərini intihar edən Qaziləri;
Tələb olunan rüşvəti zamanında ödəyə bilmədiklərinə görə azadlığı oğurlanmış yüzlərlə İnsanın ailə üzvülərinin hayqırtılarını;
Həbsxanalarda yol qəzasında ölənlərdən daha artıq qətlə yetirilən Penitensiar kazusları;
Amoralizm siyasəti ucbatından bədənlərini sosial media üzərindən satışa çıxaran 15-70 yaşlı Azərbaycan "qadınları"nı;
Vətəndaşlarla HMO boğuşmalarını;
İstər böyük,istərsə də kiçik zonlarda satılan bariqaların,baronların narkotika realizasiyalarını;
44 Günlük Qürurlu Qalibiyyət tariximizi, Vətənpərvərlik duyğularını yerdən-yerə vuran debil-despot-rüşvətxor-korrupsioner məmur harınlıqlarını;
Evsiz-işsiz-istila-istibdad akvariumunda boğulan onlarla və o cümlədən Şəhid Orucov Füzuli Ocaqverdi oğlunun ailə üzvülərinə yaşadılanları;
...ları, ...ları, ...ları NİYƏ? görə bilmirsiz?
Mavi ekranda mavilərə və çəhrayılara nümayiş etdirdiklərinizin BİZİM Xalqın Genetik Kodu ilə heç bir əlaqəsi yoxdur!
Hökumət tərəfindən maliyyələşdirilən və anasına,arvadına müştəri axtaran "pantalon müxalifətinin" namus alverçilərinin ağızları ilə Azərbaycanın tarixi qəhrəmanları Qaçaq Nəbiyə, onun vəfalı-sadiq ömür-gün yoldaşı Həcərə dil uzadanlarla yalnız onu maliyyələşdirənlər konstruktiv,kvartet,kvintet ansamblının üzvü ola bilər!
Bu Xalqın ləyaqətli və Vicdanlı Patriot kəsimi Qaçaq Nəbiyə,Həcərə,Əliyar Əliyevə, Həmid Şükürova, Mais Bərxudarova, Aqil Məmmədova, Mübariz Alıyevə, Cəbrayıl Dövlətzadəyə, Polad Həşimova, Mübariz İbrahimova, Məhəmməd Əsədova, İsmət Qayıbova oxşamaq istəyir və sevir.
Nə isə...
Xalqa Xidmət etmək lazımdır, xəyanət yox.
Rüşvət çəlləyində qıcqırmış başlar heç vaxt Xalqa xidmət edə bilməz!
