Məhkəməyə yoxsa, BDYP -nə inanaq?
Tarix: 28.02.2022 / 15:23 •
Oxundu: 333 dəfə •
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin rəis müavini Afəddin Leysanova ünvanlanan sorğumuza verdiyi cavabı bu gün aldıq. Cavab məktubunda rəis müavini bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999- cu il tarixli 39 nömrəli qərarına əsasən, nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi) surətini almağa yalnız təhqiqat,istintaq, məhkəmə orqanlarının hüququ vardır.
O zaman sual yaranır!?
Cənab Afəddin Leysanov, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov məhz bu işlə bağlı verdiyi sorğuya nədən cavab vermədi?
Bir halda ki, məhkəmə orqanlarına lazım olan sənədlərin surətini almaqdan ötrü Milli Qanunlar qaydaların zerkalnı nömrəsinin gününə salınır, o zaman, kimə inanaq?
Hakim Ramin Xəlilova, yoxsa Afəddin Leysanova???
Sevinc Məmmədova
