Bu gün:


DƏLƏDUZ ŞƏBƏKƏ ÜÇÜN QANUN YAZILMAYIB, YAZILIBSA OXUNMAYIB.....

Tarix: 04.03.2022 / 14:37  •   Oxundu: 361 dəfə  •  

Albukayr Revanur Ağahəmid qızı,Mövsümova Səbinə Salman qızı, Allahverdiyeva Şəfəq Məmmədrza  qızı və.s, Vətəndaşlar onlara qarşı törədilmiş cinayət hadisəsilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: “Məmur-oliqarxların himayə etdiyi  “Gold X Lady sağlamlıq mərkəzinin” rəhbəri Xanım Qurbanova Bizim etibarımızdan sui istifadə edərək, Loteria oyunu adı altında pullarımızı alaraq qaytarmır və yüksək çinli məmurların adlarından istifadə edərək Bizə hədə-qorxu gəlməkdədir.Xanım Qurbanovanın qanunsuz əməllərindən dolayı DİN-nin 102 çağrı xidmətinə etdiyimiz şikayətlər üzrə Bakı Şəhəri Nəriman Rayonu 17-18-ci Polis Bölmələrində yazdığımız izahatlardan sonra,nəinki hansısada irəliləyiş, əksinə hüquq-mühafizə Orqanlarının adından təzyiqlər artmağa başladı.

Məmurların arxalıq etdiyi Xanım Qurbanovaya həmin pulları “MilliÖn” vasitəsilə ödəmişik, Ramiz Alışovun kartına.Təkzibedilməz arqument-faktlar kifayət qədər olsa da,  fundamental Konstitusion hüquqlarımızın bərqərar olunmasından ötrü, Sizin göstərişinizə və nəzarətinizə ciddi ehtiyac vardır.

Ona görə ki, Paytaxt Bakıda bu tip obyektlərin arxasında geniş hakimiyyət resurslu məmurlar durur. Və idarəedənlərin  durduqlarını və qanunların onlar üçün yazılmadığını bilirik.”