Bu gün:


İŞ ADAMLARI TƏHDİD EDİLİR

Tarix: 05.03.2022 / 14:59  •   Oxundu: 407 dəfə  •  

“Az inşaat” ASC və “FAB” şirkətinin arxasında dayanan məmur-oliqarxlar iş adamları Seyidov Qton İnkişaf oğlu və Qasımov İsa Umudvar oğluna qarşı təzyiqlərə start  verib. Ötən gün, iş adamlarına özünü sahə müvəkkili kimi təqdim edən (tel: 0556095707 ) Mehman adlı şəxs telefon açaraq Yasamal Polis İdarəsinin  rəis müavini Ramil Mustafayevin yanına getmələrinin  vacib olduğunu bildirir. İş adamları bunun səbəbini öyrəndikdə sahə müvəkkili : “ gələrsiz görərsiz”.

Hər iki şəxs rəis müvaini ilə görüşərkən, onlara:  “Mediada çıxışlarınız davam edəcəksə tezliklə həbs olunacağınıza şübhə yoxdur”. 

İDEAL-a açıqlama verən iş adamları mülkiyyət hüquqlarının bərqərar olunacağı günə qədər mübarizə aparacaqlarını israr etmişlər. Eyni zamanda onlar hüquq-mühafizə orqanları tərfindən məqsədli və artan xətt üzrə davam etdirilən təhdidlərə son qoyulması məqsədi ilə  dövlət başçısı İlham Əliyevə müraciət etmişlər.