Bu gün:


BİZİ VƏHŞİ CƏNGƏLLİK QAYDALARINDAN XİLAS EDİN !

Tarix: 03.03.2022 / 10:27  •   Oxundu: 176 dəfə  •  

Sahibkarlar Qasımov İsa Ümidvar oğlu,Quliyev Ramil Süleyman oğlu,Məmmədov Azad Zeybulla oğlu, Seyidov Qton İnkişaf oğlu Prezident İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban Əliyevaya,DTX,Baş Prokurorluq,DİN-ə "ŞİKAYƏT"  ünvanlamışlar.

Müraciətdə deyilir:

Hörmətli  Cənab  Prezident!

"Bizi Vəhşi cəngəllik qaydalarının özünü qanun  sandığı despotizmdən xilas edin!

Bilinsin ki, Ölkəmizdə müraciət ediləsi müvafiq dövlət orqanları  bir çox hallarda Korrupsioner-konsentrik dairələrin özəl qaranlıq üsullarına xidmət etdiyindən,ədalətin bərqərar olunacağı ünvanlar xəyanət yuvasına çevrildiyindən,Dövlətçilik-Qanunçuluq-Xalqa Xidmət məfkurəsi simulyasiya,spekulyasiya,manipulyasiya tıxacına düşdüyündən, AR-sı Konstitusiyasının 7-8-12-24-25-26-29-31-68-71-147-149-cu maddələrini rəhbər tutaraq Sizə müraciət edirəm ki,böyük şövqlə davam etdirilən despotizm-anarxizm-pofiqizm fəlsəfəsi durdurulsun!

Dövlətimizin Ali məqsədi,Mülkiyyət hüquqlarımız,Şərəf və Ləyaqətimiz,İnsan və Vətəndaş hüquq və Əsas azadlıqlarımın əsas prinsipləri,şərtləri,təminatı tanınsın!

Bilinsin ki,  "Azinşaat sənaye" ASC-yə məxsus Bakı Şəhəri,Binəqədi  qəsəbəsi 1288-ci keçiddə yerləşən sahəni icarə müqaviləsi əsasında icarəyə götürüb sahibkarlıq fəaliyyətilə məşğul oluruq və ASC rəhbəri Pənahov Məhərrəmli ilə icarə müqaviləsi bağlamışıq.Bağlanmış icarə müqaviləsinin müddəti 2022-ci ilin sonunda bitir.

Dövlətimizin Sahibkarlara açılacaq maneəsiz qapılar müjdəsinə inamdan dolayı Bankdan böyük məbləğdə kapital götürüb Xarici ölkələrdən modern avadanlıqlar almaqla yanaşı,ixtisaslı mütəxəssislər dəvət edib,yerli kadrlara treninqlərin keçirilməsinə qədər lazımi prosedurlara imza atmışdıq ki.....

Bizimlə müqavilə bağlamış Pənahov Məhərrəmli 2021-ci ilin avqust ayında bildirdi ki,obyekti  6.000000 (altı milyon) manata "FAB Boya və Kimya Sənayesi" MMC-yə satmışıq.

Alıcı tərəfdə bunu təsdiq etmişdir.

"Azinşaat Sənaye" ASC-in və  "FAB Boya və Kimya Sənayesi" MMC-in rəhbərlərinə icarə müqaviləsinin müddətinin hələ başa çatmaması səbəbindən icarəyə verilmiş yerin başqa şəxs və ya şəxslərə sata bilməməsi qaydalarından bəhs edərkən, onlar ironik şəkildə hansı ölkədə yaşadığımızı xatırladaraq, qanundan və İnsanlıqdankənar, qaranlıq üsullarla, təhdid və təzyiq yoluyla bizimlə milyonlar hesabına quraşdırdığımız sexlərimizə girişə qadağan qoydurmuşlar: Nəqliyyat vasitələrinin girişi bağlanmış,elektrik verilişi dayandırılmış,su xətti kəsilmişdir.
Bir sözlə bütün fəaliyyətimiz deformasiyaya uğradılaraq, iflic edilmişdir.
Dəfələrlə "Azinşaat Sənaye" ASC-in və "FAB Boya və Kimya Sənayesi" MMC-in rəhbərlərilə görüşüb,haqsızlıqlara son verilməsini, qanunlara, Dövlətçilik İdeallarına,İnsanlığa hörmət etmələrindən bəhs edərkən onlar Bizi nəlayiq küçə söyüşlərilə təhqir edərək, şərlədib tutduracaqları ilə təhdid etmişlər.
Görüşlər zamanı  "FAB Boya və Kimya Sənayesi" MMC rəhbərləri açıq tekstlə Şirkətin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya məxsusluğunu iddia etmişlər.


Hazırda işlərimiz tam dayanmış, qəbul etdiyimiz sifarişlər yarımçıq qalmış, işçilərin əmək haqlarını ödəyə bilmirik,nə bankdan götürdüyümüz krediti,nə borc aldığımız ayrı-ayrı şəxslərin borclarını qaytara bilmirik.

Bu azmış kimi Sizə etdiyimiz "Müraciət"lər bizə bumeranq yaşadılmaqdadır.

Fiziki,Mənəvi,fundamental Konstitusion hüquqlarımız uçurum kandarındadır..."