Bu gün:


Nazim Quliyev: Ədalətsiz ünvanlarda xəyanətin təntənəsi...

Tarix: 14.03.2022 / 19:24  •   Oxundu: 222 dəfə  •  

İDEAL Partiyasının Başkanı Nazim Quliyev Prezident İlham Əliyevə müraciət etmişdir.Müraciətdə deyilir: 

 “Ədalətin bərqərar olunacağı ünvanı  xəyanət yuvasına, dövlət qanunları şəxsi qrup və koorporativ maraqlar naminə alqı-satqı predmetinə çevrildiyindən və eyni zamanda nəzarət etməli olan qurumlar bürokratik sabotaj “məfkurəsini” özlərinə presedent seçdiklərindən məcburiyyət qarşısında qalaraq Sizə,  müraciət etməli oluruq ki, prosesləri şəxsi nəzarətinizdə saxlayasınız. 

Bu xüsusda Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva  Cəmilə Ceyhun qızı sanki öhdəlik götürürmüş kimi, Milli və Beynəlxalq qanunun norma və prensiplərini ayaqlar altına ataraq  İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının deformasiyaya uğratmaqda mücadilə aparır. 

Təsəvvür edirsinizmi 2(006)-1187/2022 saylı iş üzrə sonuncu məhkəmə prosessində Cəmilə Musayeva mənə qarşı dələduzluq törətmiş cavabdehin vəkilinə qarson xidməti göstərməklə yanaşı, hətta Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cinayət yuvası olmasını “de-fakto, de-yure” sübut etməyə çalışırdı.

Mahiyyət bundan ibarətdir ki, Prezident Administrasiyasının   sabiq rəhbəri Ramiz Mehdiyevin sifarişi, marginal orqanlarının icraçılığı, arsenalındakı 12  (on iki) ədəd yüyənsiz, son dərəcə əxlaqsız küçə qadınları ilə birlikdə azadlığımı  oğurlayan   cavabdeh Abşeron Rayonu Fatmeyi kəndində olan 8 (səkkiz) sot torpağımı 85 (səksən beş min) ABŞ dollarına satmış və pullarımı şəxsi maraqları üzrə xərcləmiş və “yaxşı etmişəm” dediyi halda, Azərbaycan   Respublikası  adından qərar çıxaran hakim Mustafayeva Cəmilə Ceyhun qızı isə cavabdehin vəkilinin breflərinə arxalıq edərək iddia edir ki, məhz satılmış torpağın 85 (səksən beş min) manatını cavabdeh  mənim girov saxlanıldığım 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssiəsində gətirib mənə vermişdir. 

Və mən hakimə anlatmağa çalışıram ki, Prezident Administrasiyasının  sabiq rəhbəri Ramiz Mehdiyenin direktivləri üzrə xüsusi rejimli həbsxanada nəzarət altında olmuşam və qanunla nəzərdə tutulmuş qayda da   hər ay  30 (otuz) manat pul xərcləmək imkanı verilmiş, o da köçürmə yoluyla...

Təyinatlı, savadsız, şəxsi-koorporativ maraqlarına xidmət edən hakim Cəmilə Musayevanın qanundan və dövlətdən kənar insanlığa, İnsan və Vətəndaş Hüquq və Əsas azadlıqlarına qarşı törətmiş və törətməkdə davam etdiyi kazuslarını durdurmaqla yanaşı, zəruri tədbirlər görülməsi vacib və zəruridir. 

Göstərilənləri və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayeva tərəfindən hörmətsiz və nüfuzsuz hala salınmış Azərbaycan Respublikası Konstitusiyasının  7-8-10-12-24-25-26-29-31-46-60-68-71-125-127-147-149., “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası qanunun 3-7-8-13 – cü maddələrini rəhbər tutaraq

Ədalətin bərqərar olunacağı ünvanın ənənəvi xəyanət yuvasına çevrilməməsi üçün Ali İradə sərgiləməyi Sizdən xahiş edirəm."