Bu gün:


“Apple” bahar yeniliyi: Tam yaşıl rəngli “iPhone 13” və yenilənmiş “iPhone SE” çox münasib qiymətə

Tarix: 25.03.2022 / 11:04  •   Oxundu: 94 dəfə  •  

Bahar dəyişikliklər və yeniliklər dövrü hesab olunur. Martın 8-də “Apple” şirkəti eyni zamanda bir neçə yeni məhsulunu təqdim etdi. Şirkətin flaqmanı hesab olunan “iPhone” telefonu yeni – yaşıl rəngə boyanıb. 
Baharın təcəssümü olan yaşıl rəngdə debüt etmiş smartfonlar təkcə zərif dizaynı ilə deyil, həm də flaqmana xas xüsusiyyətləri ilə fərqlənir: 
 - ön paneldə daha güclü “Ceramic Shield” qoruyucu ekranı
- inqilabi “A15 Bionic” çipi
- genişlənmiş 5G imkanları 
- inanılmaz dərəcədə təbii foto və video çəkilişləri üçün optimallaşdırılmış kamera sistemləri 
- xeyli genişlənmiş avtonom iş rejimi müddəti