Bu gün:


MƏHKUM MÜALİCƏSİ ÜÇÜN PREZİDENTDƏN YARDIM İSTƏDİ

Tarix: 26.11.2020 / 17:44  •   Oxundu: 172 dəfə  •  

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində baş verən kazuslar dövlətsiz quruluşu xatırladır.

Sumqayıt şəhər sakini Elxan Şahbazov Prezident İlham Əliyevə müraciət etmişdir.

Müraciətdə deyilir: 

“Hörmətli cənab Prezident!

Bir neçə xəstəliklərin xroniki daşıyıcısıyam. İllərdir ki, aldığım müalicələr rüşvətin hesabına həyata keçirilmişdir. Son illər ailəmdə heç kəs işləmədiyindən özümün də vəziyyətim kritik olduğundan, ümidimi daxili orqanlarıma bağlamışam. Mən hər dəfə ağrılarımı sakitləşdirmək məqsədilə müalicə müəssisəsinə getməkdən ötrü bir deyil, bir neçə qaşıq və digər metallar udmağa məhkumam. Yalnız bu halda mənim hüququm, haqqım tanınır və hər dəfə də əməliyyat olunub, bağırsaqlarımdakı dəmir qırıntılar götürülür. Artıq bağırsağım yox dərəcəsindədir. Ümidim qollarımı, qıçlarımı kəsməyə qalıb. 

Cəza çəkdiyim 12 saylı müəssisənin tibb-sanitar hissəsinin rəisi bildirir ki, müalicə müəssisəsinə düşməkdən ötrü müəssisənin rəisi Nicat Cəlilov 500 manat rüşvət tələb edir. Mənim buna imkanım çatmır. 

Müvafiq dövlət qurumları da etdiyimiz yüzlərlə şikayətin fonunda insan və vətəndaş hüquqlarını sabotaj etməkdədirlər. 

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsini nəzərə alıb, tibbi yardım almaq hüququmun bərqərar olması istiqamətində köməklik etməyinizi Sizdən xahiş edirəm”.