NADİR QARAYEVİN PENİTENSİAR SİSTEMDƏKİ UZANTILARI...
Tarix: 06.04.2022 / 11:53 •
Oxundu: 910 dəfə •
Ölkəmizdə dövlət idarəçilik sistemi, Vətəndaş-məmur münasibətləri nepotizm,despotizm,amoralizm siyasəti üzərində qurulduğundan Milli Qanunlar,Dövlətçilik İdealları var olmaqdan, silinib atılmamaqdan ötrü mütləq şəkildə özünə “krışa” axtarır ki, xəzinadarlığın iftira krujevalarında birdəfəlik məhv edilib atılmasın.
Qanun-insan alverilə məşğul olan məmurlar bir qayda olaraq təmsil etdiyi qurumu şəxsi obyekti hesab edir və istədikləri qaydalarını istəklərinə uyğun formalaşdırırlar...
Bir sözlə bu və ya digər qaranlıq üsullarla dövlət aparatına soxuşdurulmuş çete öz şəxsi maraqları naminə heç bir hədd gözləmədən istədikləri abırsızlıqlara müəlliflik etməkdən çəkinmirlər.Həmdə ona görə ki, korrupsiya çəlləyində qıcqıran bu sayaq şəbəkə onlara təhlükə ola biləcək maneələri anındaca Hüquq Mühafizə Orqanların əlilə ləkələyə, həbs etdirə və öldürdürə bilirlər...
İDEAL Media.az İnformasiya Agentliyinə Maliyyə Nazirliyinin baş Xəzinadarı Nadir Qarayev və onun Penitensiar Xidmətdəki uzantılarının imkansız gözəglimli Xanımları öz rıçaqlarına salınma metodologiyası, onlarla razılaşmayanları şantaj-mantaj etmələri kimi təkzibolunmaz faktlarla bağlı daha geniş açıqlama verməmişdən öncə apardığımız araşdırmanın bəzi nüanslarını diqqətinizə çatdırırıq.
Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlara susqun qalmır: «Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi korrupsioner olaraq “nüfuz qazanmış” bəzi nazirlərin, nazir müavinlərinin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür.
Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş «Gədəbəy qruplaşması» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə «1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün» deyirlər. Bəli, «Azər Bayramov- Nadir Qarayevin "hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır».
Araşdırmamız davam edir..
Fərid Mikayılov
