Bu gün:


Bakı metrosunda sərnişin vəfat edib

Tarix: 12.04.2022 / 09:10  •   Oxundu: 74 dəfə  •  

Səhər saat təxminən 06:30-da yaşlı sərnişin "Əhmədli" metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Bu barədə  "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.