Bu gün:


Putin: Heç şübhəniz olmasın, məqsədimizə çatacağıq

Tarix: 12.04.2022 / 16:29  •   Oxundu: 58 dəfə  •  

“Rus hərbçilər Ukraynada qarşıya qoyulan tapşırığı cəsur və effektiv formada yerinə yetirir”.

İDEAL Media.az xəbər verir ki, Prezident Vladimir Putin belə açıqlama verib. O Amur bölgəsində yerləşən hərbi bazadakı çıxışı zamanı bildirib:
“Bu gün hərbçilərimiz Donbasda, Ukraynada xüsusi hərbi əməliyyatlarda iştirak edir. Donbas respublikasının sakinlərinə kömək edirlər. Cəsur, effektiv formada hərəkət edirlər, ən müasir silahlardan istifadə edirlər. Heç şübhəniz olmasın Ukraynadakı əməliyyatlar məqsədinə çatacaq”.