Bu gün:


Devalvasiya ödənişi AİLƏ FACİƏSİNƏ səbəb oldu – Əmisini və arvadını...

Tarix: 14.04.2022 / 10:28  •   Oxundu: 121 dəfə  •  

Goranboyda ər və arvadın döyülməsinin təfərrüatları məlum olub.
İDEALMedia.az -ın məlumatına görə, döyülən Aqil Babayevin qardaşı oğlu Ülvi Babayev dolların 78 manat olan vaxtı əmisinin adına kredit götürüb. Məlum olduğu kimi, sonradan devalvasiya olub nəticədə dolların dəyəri artıb.
Məlumata əsasən, Ü. Babayev devalvasiyadan sonra əmisinin adına özü üçün götürdüyü krediti ödəyib qurtarıb. Həmin vaxt devalvasiya ilə bağlı dövlət tərəfindən kredit ödəyənlərə kompensasiya verilib. Həmin kompensasiyanı isə Aqil Babayev özünə götürüb. Bu zaman Ü. Babayev etiraz edərək, əmisinə, onun adına olan krediti özünün ödədiyini deyib. Ü. Babayev bu səbəbdən kompensasiyanın ona çatmalı olduğunu dilə gətirib.

Hadisənin də məhz bu səbəblə baş verdiyi bildirilir.