Bu gün:


ŞƏMKİR İCRA ŞÖBƏSİNDƏ BAŞ VERƏNLƏR VƏ QANUNLARIN İMTİYAZ VERDİYİ ŞƏXS(LƏR) KİMDİR?

Tarix: 14.04.2022 / 12:33  •   Oxundu: 600 dəfə  •  

Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlu əvvəlcə avtomobilini, daha sonra özünü də yandıraraq intihara cəhd etməsi hadisəsinin nəticəsi olaraq qanunların yenədə kimisinə imtiyaz, kimisinə cəza verməsi de-fakto açığa vurmaqdadır.

Yanğın hadisəsinə əsas səbəb Fuad Həsənovun külli miqdarda borclu olduğu üçün avtomobilinin borc qarşılığı olaraq həbsə qoyulması olmuşdur.Gündəm olan olaya görə konkret olaraq kimin məsuliyyətə cəlb edilib-edilmədiyi hələdə qaranlıq dövrünü yaşamaqdadır.

İDEAL-a daxil olan informasiyaya görə həmin hadisənin başqa məcraya yönləndirilməsi amacıyla Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən İDEAL-a verilən məlumata görə, ibtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə 7 nəfər şəxsin cəmi 40 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Razim Əliyevə Cinayət Məcəlləsinin 178.2 (dələduzluq-öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Razim Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilsə də proseslərin əsas moderatorlarının hələ məsuliyyətdənkənar bar və restoranlarda self çəkdirməklə ölkənin yüksək çinli məmurlarının adlarından manipulyasiya etməsi paranomikdir.

Bu kimi qanundan və dövlətdənkənar baş vermiş hadisələri ört-bastır edilməsi ilk olaraq Vətəndaşın hökumətə olan etimad mühütünü sıfırladığı kimi,nepotizm fəlsəfəsi üzrə layiq olmadığı vəzifəyə təyinat almış digər başları mədələşmiş həmkarlarına yaşıl işıq yandırmış olur.

Hesab edirik ki, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov mövcud olayla bağlı lazım olan tədbirləri görəcək.

Araşdırmamız davam edir.

Polad Musayev