Bu gün:


Ölkəmizdə bütün karantin postları sökülür

Tarix: 16.04.2022 / 15:16  •   Oxundu: 83 dəfə  •  

Azərbaycanda pandemiya dövründə quraşdırılan karantin postları sökülür.

İDEAL Media.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakı şəhərinin giriş-çıxışında qoyulan postların artıq sökülməyə başlanıldığını deyib.

O bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı:
“Həmin postlar daimi olmadığı üçün sökülə bilər”.
Qeyd edək ki, Azərbaycanda karantin postları pandemiya səbəbi ilə 2020-ci ildə quraşdırılmışdı.