Bu gün:


Fatimə: “Oriyental rəqsi Azərbaycan xanımına yaraşdırmıram”

Tarix: 20.04.2022 / 08:00  •   Oxundu: 109 dəfə  •  

“Görmüş insanam. Atam, anam zəngin olub. Anam iş xanımı olub. Nə istəmişəm alıb mənə. Amma 19 yaşıma qədər. Əlimizdəki hər şey gedib”.
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Instagram”da canlı yayımda deyib.

“Heç düşünməzdim ki, rəqqasə olum. Çox çətin günlər görmüşəm. Rəqqasəliyin pis olduğunu demirəm. Amma oriyental rəqsi özümə yaraşdırmıram.
Ümumiyyətlə, oriyentalı Azərbaycan xanımına yaraşdırmıram. Əziyyətli sənətdir, heç kimi qınamıram, gülmürəm. Bu cür şişirtmək lazım deyil”.