Bu gün:


“Saytlarda bir adət yaranıb ki, bu cür fotoları yayıb insanların ruhunu əzirlər...”

Tarix: 22.04.2022 / 14:32  •   Oxundu: 94 dəfə  •  

“Yaradıcılığımız şükür Allaha öz yoluyla davam edir. Şövkət Ələkbərovanın yüz illiyinə mahnı oxuyacam. Bəstəkar Aybəniz xanımla yeni mahnılarımız var və bunun da üzərində işləyirik”
 
Bunu İDEALMedia.az -a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Xanəndə Ramazan ayında özündə bir rahatlıq tapdığını deyib:
 
“Oruc tuturam və Ramazan ayını həmişə həsrətlə gözləyirəm. İnsanlar nə qədər xoşbəxt olsalar, bir o qədər kainat düzələr. Orucluq ayını çox sevirəm və çox rahat oluram. İnsan fikirləşir ki, həyatda necə olmalıdır, dininə necə qulluq etməlidir, Allahını necə sevməlidir, insanlara necə qiymət verməlidir. Yəni bu ayın fəziləti həddən artıq çoxdur. Ramazan ayı on bir aydan fərqlənir”.
 
Müğənni bir çox saytların qızı Hülya xanımla olan fotolarını yaymasını da qınayıb: 
 
“Xanəndə Pərviz Qasımovun iki yaşlı balasının kiçik toyunda iştirak etdik. Çox gözəl, möhtəşəm bir məclis oldu. Allah böyük toyunu qismət eləsin. Dostlarla o məclisdə iştirak etdik. Hülya xanımın özünün bu işlərə marağı, həm də onun şou-biznes aləminə qarışacağı yoxdur. İndi bizim saytlarda bir adət yaranıb ki, bu cür fotoları yayıb reytinq qazanmağa çalışırlar. Amma mənim özümdən danışıb, yazsınılar. İnsan öz ailəsiylə harasa gedə, iştirak edə bilər. Bunu şok, şok, şok etməyin mənası yoxdur. Mənim qızım da hər yerə gedən deyil. Qızım otuz beş ildir elə mənim yanımdadır. Məclisdə hamımız şəkil çəkdirdik. Saytlar da pul qazanmaq üçün insanların ruhunu əzirlər. Bu cür fotolar yayan saytlar özlərini yığışdırsınlar. Onlar ancaq mənimlə maraqlana bilərlər”.