ÇOX QÜRURLUYAM !
Tarix: 23.04.2022 / 12:36 •
Oxundu: 44 dəfə •
Şuşa-Qarabağ-Zəngəzur-QUBADLI....
30 yıl idi ki,dünyaya göz açdığım doğma əziz Qubadlıma dönüşün işartıları barədə pozitiv fikir söyləyən ən ağılsız adamı belə ciddi düşüncə sahibi hesab edir və özümdə inam hissi oyadırdım ki:"Biz mütləq öz yurd-yuvamıza dönəcəyik.Ot basmış cığırlardan üzr istəyəcək və bir daha həmin yolu davam etdirəcək iznini qazana biləcəyik!
Hesab edirdim ki, həyatda "xəyanət" etdiyim və heç cürə özümə bəraət qazandıra bilməyəcəyim faktorinq evimiz və dörd bir ətrafında qulluğunda durduğum əsrarəngiz,dünyanın bütün ən gözəl ətrini 30 yıldır ki,heç cürə unuda bilməyəcəyim sevgili el-obamı yalnız və yalnız yuxularda görmək şansım olacaq...!?"
Həm də Artileriya zabit-komutanı olaraq zori balayanın,paşinyanın məhz ŞUŞADA qol-boyun etdikləri rəqslərinə görə diversant arsen baqdasaryanı 15-ci zonda "ne prav" çıxardığıma görə narkobaron, hazırda Qobustan Qapalı Həbsxanasının rəisi qatı cinayətkar-narkobaron tahir yusubov tərəfindən nə az,nə çox 150(yüz əlli) günə-gün direktivlər üzrə "PKT" oturmağımdan dolayl bu günü Bizlərə nəsib edən UCA ALLAHIMA SONSUZ TƏŞƏKKÜR EDİRƏM!
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.
Prezident İlham Əliyev tədbirdə çıxış edib.
II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
***
Dövlət başçısı çıxışında deyib:
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır.
Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir.
Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.
Tam səmimi bu gün üçün çox QÜRURLUYAM!
Lakin,amma,ancaq....Bir Dövlətin,Bir Millətin Qüruru-Böyüklüyü həm də məhz Sadə-Ləyaqətli Vətəndaşların Qüruru ilə ölçülür!
ŞUŞA-QARABAĞ-ZƏNGƏZUR AZƏRBAYCANDIR!
https://youtu.be/zwZ-mXe_FkU
