Bəstəkar Cabbar Musayevin şikayəti üzrə müğənni islah işlərinə cəlb olunub
Tarix: 27.04.2022 / 12:39 •
Oxundu: 143 dəfə •
Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət xeyrinə 20% tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.
Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.
