"Dedilər ki, ölən ölüb, tutulan tutulub, nə istəyirsən et" - "Location"da yaralanan işçi
Tarix: 28.04.2022 / 14:45 •
Oxundu: 313 dəfə •
"Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımın yarasındakı su hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. "Medera" xəstəxanasında olanda Elşən Səfərovla (klubun sahiblərindən biri - red.) da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz".
F.Məmmədov əlavə edib ki, "Medera" hospitala yerləşdirilməzdən əvvəl 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra "Medera" hospitala köçürülüb. Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.
Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə “Location”da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.
Qeyd edək ki, “Location”da baş verən partlayışa görə 4 nəfər həlak olub. Onlardan üçü gəncdir. Hadisəyə görə isə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.
Bakıda "Location" gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlar arasındaməkanın əməkdaşlarından olan Fariz Məmmədzadə də yer alıb.
İDEALMedia.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan Fariz videoaçıqlama yayıb. O bildirib ki, gecə klubunun sahibləri onun müalicəsi ilə bağlı heç bir maddi yardım etmir:"Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımın yarasındakı su hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. "Medera" xəstəxanasında olanda Elşən Səfərovla (klubun sahiblərindən biri - red.) da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz".