MİLLİ TƏHLÜKƏ NAZİRLİYİNDƏ İNSAN ALVERİ...
Tarix: 11.05.2022 / 19:12 •
Oxundu: 514 dəfə •
AS Media.az xəbər verir ki, növbəti prosesdə zərərçəkən Qulam Bağırov dindirilib. O, ifadəsində təqsirləndirilən Sahib Ələkbərovun həbs olunmasını istəyib: “Sahib Ələkbərov 2009-cu ildə mənə hədə-qorxu gələrək külli miqdarda pul tələb etdi. Məni girov götürməklə qardaşımdan 135 min dollar pul aldı. Pulu verməyəcəyim təqdirdə vaxtilə polis tərəfindən araşdırılan və adımın keçdiyi, xitam olunmuş cinayət işini tələb edib MTN-də istintaq olunacağını bildirdi. Cinayət işi üzrə xitam qərarını Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarı əsasında ləğv etdirdi. Həbs adlı girovluqda olduğum zaman ailə üzvlərimi məcbur etdi ki, külli miqdarda pulu ödəsinlər. Ailəmə demişdi ki, tələb etdiyi məbləğ verilməsə, məni içəridə çürüdəcəklər. Sahib Ələkbərovun əməlində ağır cinayət tərkibi mövcuddur və ona bu maddə ilə ittiham irəli sürülməlidir”.
Təqsirləndirilən Sahib Ələkbərov isə ifadəyə belə münasibət bildirib: “Mən müstəntiq idim, Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərini icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.