Ukraynadakı müharibə Misir iqtisadiyyatına 7 milyard ziyan vurdu
Tarix: 16.05.2022 / 10:41 •
Oxundu: 91 dəfə •
Misir iqtisadiyyatı Ukraynadakı vəziyyətlə əlaqədar 130 milyard Misir funtu (təxminən 7 milyard ABŞ dolları) itirib.
İDEALMedia.az xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Madbouli deyib.Baş nazirin dediyinə görə, Rusiya-Ukrayna böhranı başlamazdan əvvəl Misirə bütün taxıl tədarükünün 42 faizi Rusiya və Ukraynadan gətirilib və gələn turistlərin 31 faizi də bu iki ölkənin sakinləri olub: "Qahirə dərhal digər taxıl tədarükçüləri axtarmağa başlayıb və həmçinin digər ölkələrdən turistləri cəlb etməyə çalışır".
