Bu gün:


Türkiyə hərbi bazasına dronlarla hücum oldu

Tarix: 22.05.2022 / 07:46  •   Oxundu: 127 dəfə  •  

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı hərbi bazası ilk dəfə PUA-ların hücumuna məruz qalıb.

İDEAL Media.az
xəbər verir ki, bu barədə “Şafak” xəbər agentliyi məlumat yayıb.

“Nineva əyalətindəki Zelikan bazasına partlayıcı dolu dronlarla hücum edilib. Bu, ilk belə hücumdur”, - məlumatda bildirilib.
Hücum nəticəsində hərbi bazada işləyən İraq vətəndaşı ölüb.

Heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.