VƏTƏNDAŞ MÜRACİƏT ETMƏYƏ DÖVLƏT AXTARIR?
Tarix: 24.05.2022 / 18:40 •
Oxundu: 368 dəfə •
Bakı şəhər sakini Damət Ağayev Prezident İlham Əliyevə və İDEAL Media group- na müraciət etmişdir.
Müraciətdə deyilir: “ Prezident Administrasiyasının yeni açılmış qəbul mərkəzi, Ramiz Mehdiyevin idarəetmə üsulundan heç nəyi ilə fərqlənmir. Belə ki, mənə qarşı Prezident Administrasiyasının vəzifəli şəxsi Gülnar Rəsulova tərəfindən illərdir ki, mülkiyyətimə qarşı törədilmiş qanunsuzluqlarla bağlı etdiyim müraciətlər beşinci ildir ki, sobataj edilməkdədir. Bütün bunlardan sonra Prezidentin köməkçiləri, Fuad Ələsgərov və Kərəm Həsənovun qəbulunda olsam da, heç bir nəticə hasil olmamışdır. Nəticəsizliklə bağlı yenidən digər Prezidentin köməkçilərinin qəbuluna düşmək istəyim birmənalı olaraq rədd edilməkdədir.
Mən nə etməliyəm ? Mənə hansı dövlət kömək etməlidir?
Hüquqlarımı bərqərar etməkdən ötrü yenədəmi özümü yandırmalıyam?
Özünü Ramiz Mehdiyevin sələfi kimi təqdim edən Gülnar Rəsulovanın dövlətdən və qanundankənar əməllərinə hüquqi qiymət verməyinizi xahiş edirəm...”
