Bu gün:


Putinin dostu "Qazprom"u təkzib etdi

Tarix: 25.05.2022 / 08:35  •   Oxundu: 55 dəfə  •  

Çoxdan “Qazprom”un direktorlar şurasının üzvü təyin olunmaqdan imtina etmişəm.
İDEAL Media.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Herhard Şröder bildirib.

“Mən çoxdan “Qazprom”un Müşahidə Şurasına namizədliyimi irəli sürməkdən imtina etmişəm. Bu barədə şirkətə məlumat verdim. Buna görə də bu gün ortaya çıxan və əksini iddia edən xəbərlərə təəccüblənirəm”, - Şröder vurğulayıb.

Qeyd edək ki, “Qazprom” iyunun 30-da keçiriləcək səhmdarların illik yığıncağında səsvermə üçün şirkətin direktorlar şurasına namizədlərin siyahısını açıqlayıb. Siyahıya əsasən, Şröder “Qazprom”un direktorlar şurasında “Kazenerji” assosiasiyasının sədri Timur Kulibayevi əvəz edə bilər.