Bu gün:


Şəmsi Səmədzadə Qaralov Zakiri vurdğuna görə deyil

Tarix: 01.06.2022 / 22:28  •   Oxundu: 1 728 dəfə  •  

Səmədzadə Şəmsi Səməd oğlu həbsdən buraxıldıqdan sonra Tik-Tok qəhrəmanına çevrilməsə idi bu yazını yazmağa da zərurət yaranmazdı: hər halda o həbsdən buraxılmışdı və mövcud hakimiyyət dönəmində həbs olunan ən qatı cinayətkarın belə onu həbs edən və etdirənin özündən dəfələrlə təmiz insan olduğunu bilirik. Sadəcə olaraq medianın "parton" semiçkaları ucuz, populist çıxışıları ilə Şəmsi Səmədzadənin guya Qaralov Zakirə şillə vurduğuna görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi tirajlansa da, əslində, reallıq Azərbaycansayağıdır. Zatən həmin dönəmdə Gəncə şəhər prokuroru Qaralov Zakir deyil, Rafiq Hüseynov olmuşdur. İstintaqı isə Qaralov Zakir deyil, Dini Komitənin sədri Mübariz Qurbanovun qardaşı müstəntiq Tarıyel Qurbanov aparırdı. Ölkənin də Baş Prokuroru hazırda həbsdə olan Həsənov Eldar olub.

Əvvəla ondan başlayaq ki, Qaralov Zakir bu ölkədə heç bir zaman Baş Prokuror olmayıb. O bu ölkənin baş qulduru, baş cinayətkarı, başıboş alçağı olmuşdur. Lakin genetik kodları Qaralov Zakiri məsuliyyətdən kənarda saxlamaqda davam edir.

Şəmsi Səmədzadə əldə etdiyimiz səhih məlumatlara görə çox zəhmətkeş birisi olub. O əslən Naxçıvanlı olan "Spirt" ayamalı Mirinin sürücüsü, xalası oğlu Əliyarla ona sürücülük etmişlər.

1966-cı il təvəllüdlü Şəmsi Səmədzadə Xanlar Şərab Zavodunun qeyri-leqal direktoru vəzifəsində çalışarkən Zakirin qardaşı oğlu Altunu araqla mütəmadi təchiz etmiş və eyni zamanda Zakirin də pay-püştünü vaxtlı-vaxtında göndərirmiş. Şəmsi bilər, Zakir bilər. 5 manat tula pulundan yana öz itirilmiş mənliyini təkrar istismara verən 525 sifətli "media" patruşalarının diqqətinə:
Şəmsi Səmədzadə Qaralov Zakirin tısbağa başına şillə vurduğuna görə həbs edilməyib. Şəmsi Səmədzadə 3 nəfər qohumları ilə birlikdə 1990-cı illərdə Vüqar adlı polis zabitini qətlə yetirdiyinə görə 3 ilə yaxın həbs yatdıqdan sonra azad edilsə də, mərhumun anası bununla razılaşmamış, mücadilə aparmış və Şəmsi Səmədzadə artıq biznes imperiyasına sahib çıxdıqda mövcud rejim ona qarşı bir neçə dəfə hücuma keçmiş və son nəticədə Şəmsi öz zavodunda onlarla qaçqın ailəsini himayə etdiyinə görə mövcud rejim onu bağışlamış və işinə davam etməyi tərciyə etmişdir. Lakin idarəçiliyi anlamayan, potensial enerjiyə malik Şəmsi Səmədzadə Gəncəbasar zonasında statusuna uyğun davranmadığı, başlıcası, əldə etdiyi kapitallarının bir hissəsini AMİP-çi Etibar Məmmədovun və Rəsul Quliyevin siyasi xəttinə yönləndirdiyi üçün hökumətin qəzəblənə tuş gəlmiş və 2000-ci ildə o Daxil İşlər Nazirliyinə dəvət edilərək Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdir.

Bəs Şəmsi Səmədzadənin ana babası Səmənd bəy nədən dünyasını dəyişib?

Ardı var...

Polad Musayev