Bu gün:


Dünyaca məşhur fulbolçu "Qalatasaray"a görə azarkeşin barmaqlarını qırdı

Tarix: 20.11.2022 / 19:50  •   Oxundu: 117 dəfə  •  

"Beşiktaş"ın unudulmaz oyunçularından olan keçmiş futbolçu Paskal Numa azarkeşlə şəkil çəkdirərkən əsəblərinə hakim ola bilməyib və pərəstişkarına yumruq atıb.
Səbəb isə onunla şəkil çəkdirən gəncin "Qalatasaray"ın çempionluğunu simvolizə edən 4 işarəsini göstərməsi olub. Bundan qəzəblənən Numa fanatını döyüb, barmağını sındırıb.
Zərərçəkən şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edib.
Numa ifadə vermək üçün polis bölməsinə aparılıb.