Bu gün:


Dünya çempionu prezidentliyə namizəd olacaq

Tarix: 19.09.2021 / 16:13  •   Oxundu: 78 dəfə  •  

8 qat dünya çempionu filippinli boksçu və senator Emmanuel Dapidran Pakyao 2022-ci il seçkilərində prezidentliyə namizəd olacaq.

İDEAL Media.az xəbər verir ki, bu barədə Flippin mətbuatı məlumat yayıb.
5 ildir senator olan boks əfsanəsinin namizədliyi Filippin Demokratik Xalq Hakimiyyəti Partiyasından irəli sürülüb.

Qeyd edək ki, 2019-cu ildə yüngül boks çempionu olan Pakyao kəməri qazanan ən yaşlı boksçu kimi tarixə düşmüşdü. Əfsanəvi idmançı 2015-ci ildə 1 milyard 250 min dollar gəliri ilə “Forbes”in ən varlı idmançıları siyahısında ikinci yeri tutmuşdu.