Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı
Tarix: 28.04.2022 / 14:45 •
Oxundu: 108 dəfə •
Son zamanlar avro dollara nisbətən ucuzlaşmağa başlayıb.
İdealMedia xəbər verir ki, son 12 ay ərzində Avropa valyutası dəyərinin 12%-ni itirib.
Bu, Azərbaycan manatı ilə müqayisədə də özünü büruzə verir. Belə ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 avro 1,78 manata bərabərdir. Bununla da avronun məzənnəsi demək olar ki dollarla eyniləşməyə yaxındır.
Analitiklərin fikrincə, avronun qiymətdən düşməsi Avropa iqtisadiyyatının resessiya perspektivləri ilə izah olunur.
Bundan əlavə, ABŞ-ın inamlı iqtisadi fəaliyyəti investorların dollar yatırımlarına üstünlük verməsi ilə nəticələnib.