Bu gün:


Dünyanın ən xoşbəxt ölkəsi yenə Finlandiyadır

Tarix: 20.03.2023 / 15:51  •   Oxundu: 113 dəfə  •  

Dünya Xoşbəxtlik Hesabatına əsasən Litva ilk 20-likdə olan yeganə ölkədir ki, 2017-ci ildən bəri 30 pillə irəliləyib. Müharibədən əziyyət çəkən Əfqanıstan və Livan tədqiqatda ən bədbəxt iki ölkə olaraq qalır. Orta həyat göstəriciləri xoşbəıxtlik cədvəlində ilk 10-luqda olan ölkələrdən 5 pillə aşağıdır", hesabatda qeyd edilir.
 
Hazırda müharibə şəraitində olan Rusiya 70-ci, Ukrayna isə 92-ci sıradadır.
 
Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatının araşdırmasında 6 amil əsas götürülür: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması. Hesabat müəllifləri, hökumətlər bu təhlildən getdikcə xoşbəxtliyə doğru siyasətləri istiqamətləndirmək üçün istifadə edirlər. Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.