Bu gün:


Alişan ölümdən döndü: Həkimdən təzminat tələb edib...

Tarix: 10.10.2021 / 13:23  •   Oxundu: 129 dəfə  •  

Türkiyəli məşhur müğənni Alişan arıqlamaq üçün girdiyi əməliyyatda həkim səhvi ucbatından ölüm təhlükəsi ilə üzləşib.

İDEAL Media.az xəbər verir ki, mügənni həkimini məhkəməyə verərək 2 milyon lirə mənəvi, 10 min lirə maddi ziyan daxil olmaqla ümumilikdə 2 milyon 10 min lirə təzminat tələb edib.

"Dostum və sevdiyimiz biri olduğu üçün ona güvəndik. İki il əvvəl yanvarın ikinci həftəsində əməliyyat olundum. Normalda bu əməliyyat 2-2.5 saat çəkir. Amma düz 5 saat yarım əməliyyat keçirdim. Bunu heç kimə demədim, hətta anama belə. Əməliyyatdan sonra bir gün xəstəxanada qaldım və iki gün sonra bədənimdə göyərmələr oldu. Həkim səhvi ucbatından ölümdən döndüm", - mügənni açıqlama verib.