Məşhur cütlüyün 50 milyonluq məhkəmə prosesi davam edir
Tarix: 28.04.2022 / 11:17 •
Oxundu: 80 dəfə •
ABŞ-da aktyor Conni Depp və onun keçmiş həyat yoldaşı aktrisa Ember Herd arasında məhkəmə prosesi davam edir.
“İdealMedia.az” xarici mətbuata istinadən xəbər verir ki, Depp Herdə qarşı 50 milyonluq iddia qaldırıb. Buna səbəb aktrisanın 2018-ci ildə ərə tərəfindən zorakılığa məruz qalması barədə “The Washington Post” qəzetindəki yazısı olub. Orada Deppin adı keçməsə də, aktyor həmin yazının onun karyerasına mənfi təsir göstərdiyini bildirib.
Herd 2020-ci ildə Deppə qarşı cavab iddiası qaldırıb. Buna səbəb isə aktyorun keçmiş vəkilinin Herdin Deppə qarşı ittihamlarını ictimai şəkildə “fırıldaqçılıq” adlandırması olub.
Hazırkı məhkəmə prosesi Virciniya ştatında dairə məhkəməsində keçirilir. Proses altı həftə davam edəcək və onu canlı efir vasitəsilə izləmək mümkündür. Artıq şahidlər ifadə verib. Ötən həftə isə Depp ifadə verməyə başlayıb.
Hazırda dünya mətbuatı Ember Herdin ifadəsini gözləyir.
Qeyd edək ki, Depp və Herd 2009-cu ildə film çəkilişlərində tanış olublar. Cütlük 2015-ci ildə evlənib, 2016-cı ildə boşanıb.