Bu gün:


Sevgili olduqlarını təsdiqlədilər

Tarix: 28.04.2022 / 11:57  •   Oxundu: 95 dəfə  •  

Bir müddət əvvəl aktyor sevgilisi Kerem Bürsindən ayrılan aktrisa Hande Erçel həmkarı Kaan Yıldırımla sevgili olduğunu təsdiqləyib.

İdealMedia.az” “Habertürk”ə istinadən xəbər verir ki, tətildən qayıdan aktrisa Etilerdə obyektivlərə tuş gəlib. Kaan Yıldırımla münasibətini gizlətməyən Erçel “mən çox yaxşıyam. Hər şey qaydasındadır”, - deyib.

O, Kaan Yıldırımla getdiyi London səyahəti haqda “bu aralar bir az istirahət etdim. Çox əyləncəli idi”, - deyə bildirib.
Qeyd edək ki, cütlük ötən həftələrdə Emirgandakı məkanların birindən çıxarkən görüntülənmişdilər.