Bu gün:


AB artıq Rusiyanın 68 milyardlıq aktivlərini dondurub

Tarix: 18.11.2022 / 15:12  •   Oxundu: 50 dəfə  •  

AB artıq Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub. Ən çox dondurulan aktiv Belçikadadır.
Bu barədə “Politiko” məlumat yayıb.
“68 milyard avronun 50 milyard avrosu Belçikanın, 5,5 milyard avro Lüksemburqun payına düşür. Ancaq AB-də Rusiyanın nə qədər qızıl-valyuta ehtiyatlarının dondurulduğu dəqiq bilinmir. Təxminən isə 33,8 milyard avro göstərilir”, - məlumatda deyilir.
Hazırda AK Avropa Şurasının sanksiyalardan yayınmağı cinayət hesab edən qanunun qəbulunu gözləyir:
“Qəribə də olsa, bu prosesi ləngidən Polşadır. Varşava bu qərarı tam dəstəkləsə də, ilk növbədə onlar daxili qanunu qəbul etməlidir”.