Bu gün:


DİLŞAD ƏMİROVA BAZARKOMDUR,ŞAH DEYİL!

Tarix: 13.02.2024 / 12:49  •   Oxundu: 198 dəfə  •  

İDEAL Partiyasının Başkanı Nazim Quliyev Prezident İlham Əliyevə və Hüquq Mühafizə Orqanlarının rəhbərlərinə müraciət etmişdir. 


Müraciətdə deyilir:


 “Ölkəmizdə   - İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının təməl prinsiplərini rüşvət-korrupsiya-nepotizm-məmur heyvərəliyi, anarxiya cəngəlliyi basdığından, hər bir problemin həlli üçün təkrarən Sizə müraciət edirəm ki, millimənəvi dəyərlərimiz, dövlətçilik İdealları, qanunçuluq qismən də olsa tanınsın! 

          İllərdir ki, ölkəmizdə müraciət ediləsi müvafiq dövlət qurumları mafiyanın özəl cəngəllik qanunlarına xidmət etdiyindən, dövlətçilik İdealları, Qanunçuluq, Xalqa Xidmət, Vətəndaş Məmnunluğu, Rüşvət-İmitasiya-Simulyasiya tıxacına dirəndiyindən, hazır kı, şikayətimi şəxsi nəzarətinizdə saxlamaqla, şəxsiyyətinizdən və statusunuzdan dolayı zəruri tədbirlər görməyi əvvəlcədən rica edirəm.

 Bilinsin ki, “Binə” Ticarət Mərkəzinin direktor müavini, “Araz-avia” firmasının prezidenti Əmirova Dilşad Cəmşid qızı Mənə və Ailə üzvlərimizə qarşı törətmiş olduğu silsilə cinayətlərini Baş prokuror Zakir Qaralova ödədiyi külli miqdarda rüşvətin (özünün iddiasına görə) fonunda bu günə kimi örtbastır etməyə müvəffəq olmuşdur. 

Hakimiyyət resurslu vampirlərin İnsanlığa qarşı həyata keçirdikləri və bu günədək “hüquq-mühafizə orqanları”nın qida rasionuna çevrilmiş cinayətlərin annotasiyasını diqqətinizə çatdırıram: 

1. Bakı şəhəri, 32 saylı Dövlət Notariat Kontorunda (DNK) xəbərim və razılığım olmadan adımdan AR-077840 saylı saxta “etibarnamə” düzəltdirib mülkiyyətini arxalandığı MTN reketi Eldar Mahmudovun inhisarındakı “Azəriqazbank” ASCyə ipotekaya qoyub 300000 (üç yüz min) ABŞ dolları götürüb arxasına arxa olduğu vampirlərlə bölüşmüşdür. 

2. Yaşadığım ünvana gələrək, mənim adımdan istifadə etməklə, “Binə” ticarət mərkəzində 140000 (yüz qırx min) manata özündən aldığımız 3 (üç) ədəd (50+50+40=140m2 ) ümumi sahəsi olan dükanların sənədlərini məndən alıb

sonradan müəyyən etdiyimiz həbsxana rəisləri ata-oğul Əliyev Misir Cəlil oğlu və Əliyev Cəlil Misir oğullarına satıb, pullarını təkrarən mənimsəmişdir.

3. MTN-in silahlı-maskalı quldurları Kiçik qardaşım Bəhruz Quliyevi yoldan maşın qarışıq oğurlayıb Binəqədi rayon prokurorluğuna daşıyıb, Dilşad Əmirovanın yaxın rəfiqəsi, hazırda Xətai Rayon Prokurorunun müavini vəzifəsində rüşvət yığan Bəsti Emçiyevanın əsas moderatorluğu ilə şantaj edərək, ona fiziki-cismani-mənəvipsixoloji işğəncələr tətbiq etməklə Anam və Bacımın adına olan mənzilləri cinayətkar birliyin üzvlərindən – bibisi qızı Omonçu Tahir Abdullayevin həyat yoldaşı 23 saylı orta məktəbin “müəllimə”si Abdullayeva Afət Cəlal qızının və özünün “zaminlikləri” üzrə yenidən MTN reketi Eldar Mahmudova məxsus “Azəriqazbank” ASC-yə ipotekaya qoydurub, ardınca cinayətkar birliyin digər üzvü Əliyeva Mədinə Vaqif qızının adına qanunsuz mənəvi terrorla sənədləşdirmişlər!!! 

4. Dilşad Əmirova bibisi qızı Afət Abdullayeva ilə əvvəlcədən universal ssenari üzrə Kiçik oğlum Bəhruz Quliyevin adına olan “İdeal” Traveldə saxta blet satışı adı altında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə apartdırmiş, ardınca Bizə hədə-qorxu gələrək 100. 000 (yüz min) ABŞ dollarını vaxtında çatdırmasaq, Bəhruz Quliyevi şərləyib, həbsə göndərəcəyini şərtləndirməklə, 470.000 (dörd yüz yetmiş min) manata aldığım və anamın adına sənədləşdirdiyim Nizami 102 ünvandakı obyekti Bizə 100.000 (yüz min) manata satdırıb, banditizmə verdiyini and-aman etmişdir. 

5. Abşeron rayonu, 2-ci sovxoz ərazisində Mənə məxsus məxsus torpaq sahəsindəki 50.000 ədəd yonca kipini satdırıb, pulunu mənimsəmişdir. 

6. 32 saylı Dövlət Notariat Kontorunun rəisi Mirzəyev Ziyafət Sabir oğlu ilə təkrarən əlbir olaraq, qeyri-qanuni, saxta yollarla Mənim adıma olan Mersedes Benz E-320 modelli, 10 VM 444 Dövlət qeydiyyat nişanlı avtomobili Mehdiyev Rüslan və Vüsal qardaşlarına 30.000 ABŞ dollarına satdırıb, pulunu mənimsəmişdir. 30 noyabr 2021-ci il tarixində baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzovun ünvanıma göndərdiyi 03/212006112/3641 saylı məktubunda bildirir. “ Baş Prokurorluğun İstintaq idarəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair ibtidai istintaqı aparılan 212006112 nömrəli cinayət işi üzrə ləğv olunmuş MTN-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə eyniməzmunlu çoxsaylı müraciətləriniz Baş Prokurorluğun İstintaq idarəsinə daxil olaraq baxılmış və qeyd edilən cinayət işinin materiallarına əlavə edilmişdir. 

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla müraciətinizdə göstərilən xüsusatların araşdırılması təmin ediləcəkdir “

      Lakin çox təəsüflər olsun ki, mövcud iş üzrə heç bir gəlişmə yoxdur.

      Anarxizm kontektində, göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 6,  7, 8, 12, 13, 29, 31 ,33 ,43, 48, 68, 71, 149-cu maddələrini rəhbər tutaraq,Mənə və Ailə üzvlərimə qarşı törədilmiş sərhədsiz cinayətlərə hüquqi qiymət verilməsi, əmlaklarımızın qaytarılması,mülkiyyət hüquqlarımızın bərqərar olunması üzrə Dövlətimizin və Beynəlxalq Hüququn məfkurəsinə uyğun zəruri tədbirlər görməyinizi Sizdən xahiş edirik".