Bu gün:


"Hər şey Kiyevdə bitəcək..."

Tarix: 26.08.2022 / 08:16  •   Oxundu: 109 dəfə  •  

"Birinci ssenari xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunması; ikinci ssenari Kiyevdə hərbi çevriliş; yaınız bundan sonra Kiyevin bu nəticələri tanımasıdır..."
 
"Tətəflər uzunmüddətli müharibəyə hazırlaşır və intensiv döyüşlər yalnız yazda başlanacaq..."
 
Medvedev Ukraynada  hadisələrin inkişafının ssenarisini açıqlayıb...
 
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynada hadisələrin inkişafının "bir yarım" ssenarisini açıqlayıb.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə o, bir sutka fasilədən sonra özünün "Telegram-kanal"dakı səhifəsində yazıb.
 
"Üzdəniraq analitiklər Ukrayna münaqişəsi barədə bir-birilə bəhsləşməkdədir. Budur, "Guardian" da beş dənə variant düşünüb. Kiyevdə və Qərbin Ukraynasevər ölkələrində qələbə proqnozu verilir", - Rusiyanın sabiq prezidenti qeyd edib.
 
Lakin, onun fikrinə görə, Qərb ekspertlərinin dəyərləndirmələri "ağ yalan və elektoratı inandırmaq üçün demaqoqluqdur".
 
"Cəmi bir yarım ssenari var. Birinci ccenari-xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olması və onun nəticələrinin Kiyev tərəfindən birmənalı olaraq tanınmasıdır.
 
İkinci ssenari-Ukraynada hərbi çevriliş, yalnız bundan sonra xüsusi əməliyyatın nəticələrinin tanınmasıdır. Bax, variantlar belədir. Tertium non datur (üçüncüsü yoxdur)!" - Medvedev yazıb.
 
Göründüyü kimi, Medvedevin Ukraynada üzdəniraq "xüsusi əməliyyat"da bütün şəxsi məqsədləri Kiyevdə bitir. 
 
Xatırladaq ki, Rusiya rəhbərliyi heç vaxt bütün Ukraynanın işğal edilməsi niyyəti barədə rəsmən bəyan etməyib.
 
"Xüsusi əməliyyat"ın məqsədləri müxtəlif cür səsləndirilib, lakin hələ martın ortalarında Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının Ukrayna paytaxtı yaxınlığında peyda olmasını izah edərkən deyib ki, bu, Ukraynanı işğal etmək niyyətinin olması demək deyil, Rusiyanın belə məqsədi yoxdur.
 
Bununla yanaşı, aprel ayında Rusiya açıq şəkildə bütün Donbası və Ukraynanın cənubunu zəbt etmək niyyətini açıqlayıb.
 
İyul ayında isə Rusiya XİN rəhbəri Sergey Lavrov dəqıqləşdirib ki, Rusiyanın planına təkcə "DXR" və "LXR"-in deyil, həm də Xerson və Zaporojye vilayətləri və bir sıra digər ərazilərin ilhaq edilməsi daxildir.
 
Bu ərəfədə Britaniyanın "Guardian" qəzeti nəşrin müdafiə şöbəsinin redaktoru Den Sabbahın məqaləsini dərc edib. 
 
Məqalədə Ukraynada yaxın altı ayda müharibənin beş proqnozu səsləndirilib. 
 
Onların mahiyyəti ondan ibarətdir ki, tərəflər uzunmüddətli müharibəyə hazırlaşır və intensiv döyüşlər yalnız yazda başlanacaq.
 
O, həmçinin Qərb ölkələrinin Ukraynaya həddən artıq az silah tədarükündən gileylənib.
 
"İndiyədək Qərb Kiyəvə işğalçıları vurub çıxarmağa imkan verən kifayət qədər artilleriya və ya başqa silah, məsələn, qırıcı təyyarələr verməyib. Siyasətçilər Rusiyanın müharibədən öncəki sərhədlərədək sıxışdırılmasının zəruriliyindən danışır, amma bunun üçün kifayət qədər texnika vermir", - Sabbah yazıb.
 
Bu zaman o, qeyd edib ki, Ukraynada humanitar yardıma tələbat sürətlə artmaqdadır.