Bu gün:


Ermənistanda Rusiya vətəndaşı saxlanıldı

Tarix: 19.09.2021 / 09:12  •   Oxundu: 87 dəfə  •  

Ermənistan Polisinin Operativ İdarəsinə banklardan birinin paytaxt İrəvanın Baqramyan prospektindəki filialında siqnalizasiyanın işə düşməsi barədə məlumat daxil olub.
 
Hadisə yerinə gedən polis əməkdaşları bankın filialının şüşəsinin sındırıldığını, həmçinin zalda bir kişini aşkarlayıblar. Binaya daxil olan polis əməkdaşları onu zərərsizləşdiriblər. Bundan sonra əraziyə təcili yardım çağırılıb və o, tibb mərkəzinə aparılıb.
 
Araşdırmalar zamanı həmin şəxsin Rusiya vətəndaşı, 31 yaşlı Stanislav K. olduğu müəyyənləşdirilib. Məlum olub ki, o, Ermənistana 2 gün əvvəl gəlib.
 
Fakt üzrə araşdırma aparılır.