Bu gün:


160-dan çox idmançını zorlayan həkim...

Tarix: 19.09.2021 / 09:14  •   Oxundu: 258 dəfə  •  

Amerikalı gimnastlar Simone Biles, M. Maroney, Aly Rasiman və Maqqie Nikols komandadakı həkimləri tərəfindən cinsi zorakılığa məruz qalmaları haqda ifadə verib.
 
ABŞ-da gündəm olan məlumatda qeyd edilir ki, Federal Təhqiqatlar Bürosu (FTB) cinayət işini araşdırsa da, bunun ortaya çıxmamasına çalışıb.
 
Senatın Ədalət komissiyası qarşısında ifadə verən Olimpiya çempionu Simone Biles bəyan edib ki, FTB onun özü daxil olmaqla gimnastika üzrə olimpiya komandasının həkimi Larry Nassarın yüzlərlə qadını zorlamasını görməzdən gəlib.
 
Bütün dövrlərin ən yaxşı idmançısı sayılan, 2016-cı ilin olimpiya çempionu və 5 qat dünya çempionu Biles şəxsən özünün cinsi təcavüz qurbanı olduğunu bildirib: “Larry Nassarın cinsi zorakılığına ortaq olan sistemi ittiham edirəm”.
 
Özünün milli komandanın həkimi tərəfindən zorlandığını deyən idmançı bildirib ki, təcavüzün uşaqlara zərər verməsinə icazə vermənin sürətli və ağır nəticələri olmalıdır.
 
İdmançı Morney isə FTB-nin cinsi təcavüz mövzusunda 17 ay boyunca işləmədiyini deyib.
 
Qeyd edək ki, Senatın Ədalət komitəsi ABŞ-ın milli gimnastika komandasındakı cinsi təcavüzü araşdırmasında birdən çox səhv və gecikmə səbəbindən komanda həkimi Nassarın bu müddətdə başqa qızalara təcavüz etməsinə yol açdığı səbəbindən araşdırma aparır.
 
Ədiyyə Nazirliyi avqust ayında yaydığı hesabatda gimnastların 2015-ci ildə şikayətləri ilə əlaqədar FTB-nin araşdırma zamanı səhvlər etdiyini və mövzunu ciddiyə almadığını bildirmişdi.
 
Məsələnin FTB tərəfindən araşdırılması əsnasında 40-dan çox idmançının təcavüzə məruz qalması açıqlanıb. FTB isə bu işlə məşğul olan əməkdaşların cəzalandırıldığını elan edib.
 
Simon Biles ifadəsində deyib ki, FTB agentlərinə başına gələn zorakılığı deyən zaman, ona “elə bu qədərmi” sualı verilib.
 
Qeyd edək ki, ABŞ gimnastika üzrə olimpiya komandasının həkimi Larry Nassar yüzlərlə gimnastı təcavüzə məruz qoyması səbəbindən 2018-ci ildə 175 il həbs cəzasına layiq görülüb.
 
Larry Nassar ümumən 160-dan çox xanıma təcavüz edib. Onların arasında gimnastlar, rəqqaslar, atletlər, futbolçular və digər şəxslər var.