ABŞ Rusiyadan Ukrayna üzərindən qaz nəqlini artırmağı tələb etdi
Tarix: 22.09.2021 / 09:20 •
Oxundu: 101 dəfə •
ABŞ Dövlət Departamenti Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü ən qısa müddətdə artırmağı tələb edib. Buna səbəb Avropa ölkələrində enerji ehtiyatlarının qış üçün yetərli olmamasıdır.
"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı enerji təhlükəsizliyi üzrə ABŞ Dövlət Departamentinin müşaviri Amos Hoşteyn edib.
O bildirib ki, lazım gələrsə Rusiya Avropanı qazla təchiz edə bilər. Bundan əlavə, Hoşteyn, "Qazprom"un oktyabr ayı üçün Ukrayna ərazisindən əlavə qaz tranziti sifariş etməkdən imtina etməsindən narahatlığını ifadə edib. O bu addımı Rusiyanın "Şimal axını 2" qaz kəmərinin tikintisini ən qısa zamanda başa çatdırmaq istəyi ilə əlaqələndirib.