Bu gün:


Coli və Pitt 164 milyon dollarlıq malikanə üçün üz -üzə gəldilər

Tarix: 23.09.2021 / 12:07  •   Oxundu: 140 dəfə  •  

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında məhkəmə çəkişmələri davam edir.

İDEAL Media.az xəbər verir ki, "HollywoodLife" tərəfindən əldə edilən məhkəmə sənədlərinə görə, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Pitt və Colinin nikaha girdikləri "Château Miraval" malikanəsi qiyməti 164 milyon dollardan çoxdur.

Aktyor deyir ki, keçmiş həyat yoldaşı ilk dəfə deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina keçmiş yoldaşının maliyyə maraqlarına məhəl qoymur.

Xatıradaq ki, məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Məlumata görə, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edib.