1,5 litr koka-kola içən gənc öldü
Tarix: 25.09.2021 / 09:57 •
Oxundu: 153 dəfə •
Çində 22 yaşlı gənc litr yarım koka-kolanı 10 dəqiqəyə içəndən bir sutka sonra gözlənilmədən ölüb.
İDEAL Media.az xəbər verir ki, bu barədə məlumatı “Deyli Meyl” yayıb.
Adı açıqlanmayan çinlinin koka-kolanı içəndən 6 saat sonra kəskin qarın ağrısı ilə xəstəxanaya müraciət etdiyi bildirilir. O deyib ki, koka-kolanı qısa müddətdə, sərinləmək üçün içib.
Həkimlərin yardımına baxmayaraq, 12 saatdan sonra onun vəziyyəti ağırlaşıb, 6 saat sonra isə ölüb.
Mütəxəssislərin fikrincə, çinli kolanı çox tez içdiyi üçün bədənində həddindən artıq miqdarda karbon qazı yığılıb və bu da qaraciyərdə oksigen çatışmazlığına səbəb olub.
London Universiteti Kollecinin mütəxəssisi Natan Devis isə çinki həkimlərin qənaətini doğru saymayıb. Onun fikrincə, ölümə səbəb bədəndə qaz yığılmasına gətirib çıxaran bakterial infeksiya ola bilər