Bu gün:


Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

Tarix: 25.09.2021 / 12:28  •   Oxundu: 135 dəfə  •  

"Taliban" Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək.

"Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir", - deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

Əzaların kəsilməsi və edam hökmlərinin ictimaiyyət qarşısında keçirilib-keçirilməməsi barədə "Taliban" hələ bir qərara gəlməyib.

Qeyd edək ki, Nuruddin Turabi yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edir.