Bu gün:


Türk general: Bu problem müharibəsiz həll olunmayacaq!

Tarix: 07.10.2021 / 10:13  •   Oxundu: 191 dəfə  •  

Türkiyə və Yunanıstan arasında böhran müharibə olmadan həll edilə bilməz.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahı Kəşfiyyat xidmətinin keçmiş rəhbəri, general İsmayıl Haqqı Pekin deyib.

“Müharibə olmadan qarşılıqlı problemlər həll edilməyəcək. Lakin müharibə olsa da, bir tərəfin digər tərəfi tam məğlubiyyətə uğratması mümkün deyil. Çünki digər tərəfin arxasında Qərb dayanır. Onlar Türkiyənin Yunanıstanı əzməsinə imkan verməzlər”, - deyə ekspert bildirib.

İ.Haqqı Pekin onu da əlavə edib ki, Afina Avropa Birliyinin dəstəyi ilə haqsız istəklərini Türkiyəyə qəbul etdirməyə çalışır.