Borrell: Məni türkpərəst sayırlar
Tarix: 08.10.2021 / 16:37 •
Oxundu: 129 dəfə •
Vəzifəyə başladığım gündən etibarən vaxtımın 30 faizini AB-Türkiyə münasibətlərinin pozulmamasına sərf etdim. Deyə bilərəm ki, Türkiyə ilə 1 il əvvələ nisbətən daha yaxşı vəziyyətdəyik.
İDEAL Media.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O, Türkiyə ilə bağlı fikirlərinin heç vaxt mənfi olmadığını vurğulayıb:
"Əksinə, bu əlaqənin bizim üçün vazkeçilməz olduğuna inanıram. Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə böyük, səmimi dostluğum var. Baş nazir olduğu zaman Prezident Rəcəb Tayyib Ərdoğanla da eyni idi. Təkcə qaz məsələsi ilə deyil, çox problemimiz var idi. Fransızlarla da bir çox problemimiz oldu. Gəmilərin gedib-gəldiyi vaxtlar olurdu. Hər zaman dialoq tərəfdarı olmuş, körpü rolunu oynamışam. Bəziləri məni türkpərəst olmaqda ittiham etdi, amma nə türkpərəst, nə də türk əleyhinəyəm".