Bu gün:


Hökumət başçısının fotosu böyük qalmaqal yaratdı

Tarix: 20.12.2021 / 13:00  •   Oxundu: 89 dəfə  •  

Böyük Britaniyanın Baş naziri Boris Consonun evində karantin dövründə çəkilən foto qalmaqal yaradıb.

İDEAL Media.az xəbər verir ki, ötən ilin may ayında çəkilən fotoda Consonun hökumət nümayəndələri ilə birlikdə içki içdiyi əks olunub. 19 nəfərdən ibarət şəsxin bir yerdə toplaşması etirazlara səbəb olub. Hökumətdən isə bildirilib ki, Conson komandası ilə birgə nahardan sonra açıq havada işini davam etdirir. Foto da həmin vaxt çəkilib.

Qeyd edək ki, ötən ilin may ayında qüvvədə olan qadağaya görə, ailə üzvləri olmayan 2-dən çox insan bir araya gələ bilməzdi. İş yerlərində isə toplantılar başqa seçim yoxdursa üz-üzə keçirilə bilərdi.