Bu gün:


Pakistan-Əfqanıstan sərhədində gərginlik

Tarix: 27.12.2021 / 12:45  •   Oxundu: 79 dəfə  •  

“Pakistan sərhədçiləri Əfqanıstanın cənubundakı kəndləri son iki həftə ərzində ağır silahlarla atəşə tutub”.

İDEAL Media.az
“Trthaber”ə istinadən xəbər verir ki, belə iddia ilə “Taliban”ın müvvəqqəti hökumətinin ordu komandanı Əbu Dücanə çıxış edib. Onun iddiasına görə, mərmilər Kunar vilayətinin Şulten rayonuna düşüb. Komandan Pakistandan atəşi dayandırmasını tələb edib.

Kənd sakinlərinin iddiasına görə, atəş zamanı 1 nəfər xəsarət alıb. Çox sayda heyvan tələf olub. “Taliban”ın müvəqqəti hökumətinin Müdafiə Nazirliyi atəşə cavab veriləcəyini bəyan edib.