Bu gün:


NATO-nun bu komandanlığı Türkiyədən Fransaya keçir

Tarix: 30.12.2021 / 08:48  •   Oxundu: 100 dəfə  •  

NATO-nun yüksək hazırlıqlı qüvvələrinin komandanlığı Türkiyədən Fransaya keçir.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, Fransa bir il müddətində NATO qüvvələrinin komandanlığını icra edəcək.
 
Yüksək Hazırlıq Birgə Qüvvəsinə (VJTF) 1 yanvar 2022-ci il tarixindən Fransa rəhbərlik edəcək. Qüvvələrin əsas tərkibi 3500 əsgərdən ibarət Fransa-Almaniya briqadası olacaq. Bundan əlavə, İspaniya, Portuqaliya və Polşa da işçi qrupunun işində təmsil olunacaq.
 
Qüvvələr 2014-cü ildə Rusiyanın Ukraynadakı sabitliyi pozan fəaliyyətləri və Yaxın Şərqdəki hadisələr kimi təhlükəsizlik mühiti səbəbindən yaradılıb.
 
Hər il bir ölkə işçi qrupunun komandanlığını öz üzərinə götürür. Fransa 2023-cü il yanvarın 1-də komandanlığı Almaniyaya təhvil verəcək.